“Qələbə seriyamızı sona qədər davam etdirmək istəyirik. Ola bilər ki, oyunumuz istədiyimiz kimi alınmadı. “Sumqayıt” yaxşı futbol sərgilədi, oyuna yaxşı hazırlaşdıqları hiss olunurdu. Çox qol vurmaq istəsək də, rəqib buna imkan vermədi. Futbolçularımda çempionluqdan sonra arxayınlıq görmədim. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Çalışacağıq ki, bu ritmi sona qədər qoruyub saxlayaq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”a qalib gəldikləri (1:0) oyundan sonra deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın yeni mövsümdə 2 hücumçu ilə oynacağı ilə bağlıı sualı belə cavablandırıb:
“Bu gün “Atletiko” da iki hücumçu ilə oynayır. Amma oyununu müdafiədən qurur. Düşünürəm ki, buna ehtiyac yoxdur. Ola bilər ki, hər hansı oyunda 2 hücumçu ilə meydana çıxa bilərik. Bəzən rəqibin müdafiə xəttində 4 futbolçu olur”.

