Kateqoriyasız

Qurban Qurbanov mükafatlandırıldı

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuya əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun bu gün mükafatlandırma mərasimi keçirilib.

Tədbir “Fairmont otel”də keçirilib. Mükafatı “Qarabağ”ın çalışdırıcısına Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

Qeyd edək ki, 67 jurnalistin iştirakı ilə keçirilən səsvermədə Ağdam təmsilçisinin baş məşqçisi 58 səslə qalib gəlib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43