Kateqoriyasız Ölkə futbolu

Qurbanovun qəzəbinə tuş gələnlər… ONLAR BELƏ CƏZALANDIRILDI

Misli Premyer Liqasının cari mövsümünün 5 xalla 7-ci pilləsində qərarlaşan “Səbail”də qarışıq durum hökm sürür.

İdmanxeber.az-a daxil olan məlumata görə, “dənizçilər”in baş məşqçisi Mahmud Qurbanov bir neçə futbolçunun performansından narazıdı. “Professor” ləqəbli mütəxəssis artıq iki futbolçunu – argentinalı müdafiəçi Fakundo Kardozo və portuqaliyalı hücumçu Kizitonu cəzalandıraraq əvəzedici heyətə göndərib. Hər iki futbolçu dünəndən “dubl”da məşqlərə başlayıb.

Qurbanov bu iki legioneri cəzalandırmaqla bir neçə oyunundan narazı qaldığı futbolçulara da mesaj göndərmiş olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43