17 İyul 2026
Dünya futbolu

Rəhbərlik Benzemanın gedişinə mane olmayacaq

“Real”ın hücumçusu Karim Benzema klubu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı futbolçunun karyerasını Avropadan kənarda davam etdirəcəyi bildirilir. Rəhbərlik də onun gedişinə mane olmayacaq.

Fransalı hücumçunun Səudiyyə Ərəbistanı klublarının birinə transfer olunması ehtimal edilir. Daha əvvəl oyunçunun ərəblərdən təklif aldığı və ona 200 milyon avro maaşla iki mövsümlük müqavilə təklif edildiyi bildirilirdi.

Benzema 2009-cu ildən “Real”da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 42 oyun keçirib, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43