17 İyul 2026
Dünya futbolu

Rafael Benitesin yeni komandası açıqlandı – RƏSMİ

Tanınmış ispaniyalı mütəxəssis Rafael Benitesin yeni komandası açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, təcrübəli məşqçi karyerasını Yunanıstanda davam etdirəcək. O, “Panatinaikos” klubunun baş məşqçisi təyin olunub.

Bu barədə Afina təmsilçisi rəsmi məlumat yayıb. Beniteslə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 65 yaşlı mütəxəssis son olaraq İspaniyanın “Selta” klubuna rəhbərlik edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43