17 İyul 2026
Ölkə futbolu

Rusiya Azərbaycanlı futbolçudan danışır – AFFA hərəkətə keçir?

Azərbaycan əsilli futbolçu Ülvi Babayevin çıxışl Rusiya və Azərbaycanda gündəm mövzusuna çevrilib.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi “Dinamo”nun  heyətində “Krlya Sovetov”a qarşı het-trik etməklə diqqət mərkəzinə düşüb. Onun “Transfermarkt”dakı dəyəri 350 min avrodur.

Babayev daha əvvəl Rusiya U-15 və U-16 millilərində çıxış edib.

Məlumata görə, AFFA yaxın vaxtlarda istedadlı futbolçuya Azərbaycan millisində oynamaq üçün təklif göndərə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43