“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.
R. Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.
Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.

