İdman

Ramil Şeydayevin “Mattersburq”a keçidi buna görə alınmadı

Millimizin üzvü Ramil Şeydayevin Avstriyanın “Mattersbuqr klubuna keçidinin baş tutmama səbəbi müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, bu, onun müqavilə ilə məxsus olduğu Türkiyənin “Trabzonspor” klubunda baş verən dəyişikliklərlə əlaqəli olub.

Məsələ ilə bağlı açıqlama verən “Mattersburq” baş məşqçisi Gerald Baumqartner gənc hücumçunu transfer pəncərəsinin son gününə qədər gözləyəcəklərini söyləyib:

“Türkiyə klubundakı dəyişikliklər Şeydayevin transferinə təsir etdi. Onun keçidi ilk vaxtlar nisbətən asan görünürdü. Lakin “Trabzonspor”da prezident və baş məşqçi dəyişikliyi planlarımızı pozdu. Yeni baş məşqçiləri hələ də onun gedişinə razılıq verməyib. Bizim gözləmə mövqeyi tutmaqdan başqa əlimizdən bir şey gəlmir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43