Ölkə futbolu

Ramin Musayev: “Bu il çempionat daha maraqlı olacaq”

İdmanxeber.com-un məlumatına görə, püşkatma mərasimində Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev bunları dedi:

Ramin
Musayev: “Bu il çempionat məncə daha maraqlı olacaq. CBC sayəsində ötən il
çempionatımıza maraq artmışdı. Çəkiliş və texniki vasitələr çox şeyi dəyişir.
Çünki 8 komandanın 6-sı avrokuboklar üçün mübarizə aparacaqsa, deməli çempionat
maraqlı olacaq.

Hər bir
oyunçunun oynadığı klubda adı öz əlifbamızın hərfləriylə yazılmalıdır. Bu barədə
klublarla razılaşmışıq. Klublarımız artıq 1-2 mərhələylə yetinmirlər. Necə ki, “Neftçi”
vaxtıylə  qrup mərhələsində mübarizə
aparıb. Əfsuslar olsun ki, son püşkatmalarda bəxtimiz gətirmədi. Güclü rəqiblərlə
düşdük. Çalışacağıq ki, iki klubun da səfər oyunu göstərilsin canlı yayımda. Bu
il də sponsorumuz “Topaz” olacaq. Çempionatın maraqlı olması üçün maraqlı
proqram hazırlamışıq. Əgər jurnalistlərin də bununla bağlı təklifləri varsa,
buyursunlar. Hər birimiz sevindik ki, gənc hakimimiz 19 yaşadək futbolçulardan
ibarət Avropa çempionatının finalını idarə etdi. İnsan yüksəkliklərə qalxanda bəzən
səhvlərə yol verir. Bu səhvləri əfv etdikdə inkişaf edirik. Sevindirici haldır
ki, daha iki futbolçumuz Portuqaliya çempionatında çıxış edəcək. Budaq Nəsirov
və Elnur Cəfərov. Əgər futbolçuya az pul verilirsə, onun dəyəri
itib-batır.  Hər bir komanda eyni topla
oynayacaq. Klublarımıza uğurlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43