İspaniya La Liqasının 17-ci turu çərçivəsində oynanılacaq “Real” Madrid – “Barselona” matçının vaxtənda dəyişiklik baş verib.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşma dekabr ayının 20-si üçün nəzərdə tutulsa da, 3 gün sonraya salınıb. Dekbarın 6-16-sı tarixləri aralığında klublarlarası dünya çempionatı olduğuna görə “El Klassiko”nun vaxtı dəyişidirilib.
Matçın başlama saatı da artıq müəyyənləşib. “Santyaqo Bernabeu”da keçiriləcək oyuna Bakı vaxtı ilə 16:00-da start veriləcək.

