14 İyul 2026
Dünya futbolu

“Real” birinci, “Liverpul” ikinci oldu

Avropa klublarının ötən mövsümkü gəlirləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, keçən il Çempionlar Liqasında qalib gələn “Real” UEFA-dan 137 milyon avro alaraq ən çox qazanan klub olub.

 İkinci yeri 120 milyonla ÇL-nin finalına yüksələn “Liverpul” tutub.

Daha sonra siyahıda “Bavariya” (110 milyon) və “Mançester Siti” yer alır (109 milyon).

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43