09 İyul 2026
Dünya futbolu

“Real” “Liverpul”un müdafiəçisini istəyir

“Real” “Liverpul”un müdafiəçisi İbrahima Konateni transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı fransalı futbolçu artıq Madrid klubunda oynamağa razıdır.

“Kral klubu” yay transfer pəncərəsinin son günlərində bu keçidi reallaşdırmağı planlaşdırır və maksimum 25 milyon avro təklif edəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43