29 İyun 2026
Dünya futbolu

“Real” Premyer Liqa nəhənginə “yox” deyib

“Mançester Yunayted” “Real”ın gənc hücumçusu Endriki icarəyə götürmək istəyib, lakin Madrid klubu təklifi rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, “Real” satınalma hüququnun müqaviləyə daxil edilməsinə razılaşmadığı üçün keçid baş tutmayıb. Eyni səbəbdən Endrik “Aston Villa”ya da buraxılmayıb.

19 yaşlı braziliyalı yanvarda “Lion”a icarəyə veriləcək. O, cari mövsümdə “Real”da cəmi bir oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43