27 İyul 2026
Kateqoriyasız

“Real” və “Yuventus” yarımfinalda! (YENİLƏNİB)

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə baş tutan iki qarşılaşmadna sonra bütün yarımfinalçılar bəlli olub.

"Santyaqu Bernabeu"da "Atletiko" "Real"ın qonağı olub. Matçın taleyini bir qol həll edib. Çikarito 88-ci dəqiqədə toru silkələməklə Madrid klubunu yarımfinala daşıyıb.

"Yuventus" isə Fransada "Monako" ilə üz-üzə gəlib. İlk görüşdə minimal hesablı qələbə qazanan "qoca sinyora" cavab matçında qapısını toxunulmaz saxlayaraq növbəti mərhələyə yüksəlib.
 

22 aprel

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

23:45  "Real" – "Atletiko" 1:0

Qol: Çikarito, 88

Qırımızı vərəqə: Arda, 76

Baş hakim: Feliks Brix (Almaniya)

Madrid. "Santyaqo Bernabeu" stadionu.

İlk oyun: 0:0

23:45 "Monako" – "Yuventus" 0:0

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

Monako. "Stad Luis II" stadionu

İlk oyun: 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43