Kateqoriyasız

“Real”ın futbolçusu: “Azərbaycanla oyun çətin olacaq”

“Avro-2016″nın seçmə mərhələsində Norveç və Azərbaycanla qarşılaşacaq Xorvatiya millisinin futbolçusu Luka Modriç sözügedən oyunlar öncəsi fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, Madrid “Real”ının futbolçusu bunları deyib:

“Səfərdə iki çətin matç bizi gözləyir. Hazırlıqlara start vermişik. Hər iki oyundan yaxşı nəticə qazanacağımıza inanıram”.

Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 3-də Azərbaycan, sentyabrın 6-da Norveçlə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43