22 İyul 2026
Dünya futbolu

“Real”ın futbolçusu millimizə qarşı oyunu buraxa bilər

Avstriya millisinin kapitanı David Alaba Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununu buraxa bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Real”da forma geyinən 31 yaşlı müdafiəçi İspaniya La Liqasının VII turunda “Las Palmas”a 2:0 hesabı ilə qalib gəldikləri matçda zədələnib.

Onun sonrakı durumu tibbi müayinələrdən sonra müəyyənləşəcək. Daha əvvəl Marko Arnautoviçin də yığmamıza qarşı oynaya bilməyəcəyi bildirilib.

Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan – Avstriya görüşü saat 20:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43