22 İyul 2026
Kateqoriyasız

“Real”ın hücumçusu komandada qalır

“Real”ın hücumçusu Vinisius Junior klubda qalmağa yaxındır.

İdmanxeber.az xəbər verir ki, braziliyalı futbolçu həm şəxsi həyatı, həm də karyerası baxımından Madrid təmsilçisində özünü rahat hiss edir.

Vinisiusun klubla yeni müqavilə ilə bağlı danışıqları davam edir və yaxın aylarda, yaxud yayda anlaşmanın rəsmiləşməsi gözlənilir.

2018-ci ildən “Real”da çıxış edən Vinisiusun mövcud müqaviləsi 2027-ci ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43