06 İyun 2026
Dünya futbolu

“Real”ın ulduzu əməliyyat olunacaq

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem Klublararası dünya çempionatı başa çatdıqdan sonra çiynindən əməliyyat olunacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib. O bildirib ki, iki ildir ağrılarla oynayır. Bu səbəbdən də turnir bitən kimi əməliyyat olunacaq.

Bellingem 2023-cü ildən “Real”ın formasını geyinir. O, bundan əvvəl Dortmund “Borussiya”sında və “Birmingem”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43