22 Sentyabr 2023
Dünya futbolu

Renat Dadaşov Super Liqada debüt etdi

Millimizin futbolçusu Renat Dadaşov Türkiyə Super Liqasında debüt edib.

İdmanxeber.az xəbər verir ki, 24 yaşlı hücumçunun çıxış etdiyi “Hatayspor” 5-ci turda “Fatih Karagümrük” komandasının qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb.

Renat 63-cü dəqiqədə meydana çıxıb və sonadək mübarizə aparıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43