Dünya futbolu

Renat dubl etdi, komandası fərqli qazandı

Portuqaliya Sequndasında VI turun oyunları keçirilib.

Azərbaycan U-21 millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Eştoril” səfərdə “Akademika”nı 7:2 hesabı ilə məğlub edib.

Dadaşov 65-ci dəqiqədə meydana daxil olub. O, 71 və 90-cı dəqiqələrdə rəqibi məyus edib.

“Eştoril” Sequndanın turnir cədvəlində 6 turdan sonra 12 xalla 4-cüdü


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43