Ölkə futbolu

Reytinq cədvəli açıqlandı: “Qarabağ” 7 pillə gerilədi

UEFA klublarımızın reytinq siyahısını açıqlayıb.

Siyahıya "Barselona" başçılıq edir. İkinci yeri "Bavariya" tutur. İlk üçlüyü isə "Real qapayır.

Yeni tərtib olunan siyahıda 453 komanda yer alıb. Ölkəmizdən ən yaxşı nəticə göstərən klub "Qarabağ"dır. Təmsilçimiz siyahıda 196-cı yerdə qərarlaşıb. Ancaq komanda keçən ilə baxanda 7 pillə geriləyib. Digər təmsilçimiz "Neftçi" isə 4 pillə geriliyərək 203-cü yerə yuvarlanıb. Geriləməyən klubumuz isə "Simurq"dur

Beləliklə klublarımızın reytinq cədvəli aşağıdakı kimidir:

1."Qarabağ": 196-cı yer.
2."Neftçi": 203-cü yer.
3.“İnter”: 279-cu yer.
4.“Bakı”: 282-ci yer.
5.“Xəzər Lənkəran”: 301-ci yer.
6.AZAL: 378-ci yer.
7.“Simurq”: 379-cu yer.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43