Kateqoriyasız

Ronaldinyo haqda hər şey – YAZI

Ronaldinyo – braziliyalı futbolçu, hücumameyilli yarımmüdafiəçi. Avropada hər il ilin ən yaxşı oyunçusuna verilən “Qızıl Top”-un 2005-ci ildəki sahibi. 2004, 2005 ci illərdə FIFA-nın versiyasına görə dünyanın ən yaxşı oyunçusu.

Ronaldinyo 21 mart 1980-ci ildə Portu-Alleqri şəhərinin San-Lukas xəstəxanasında ailənin 3-cü uşağı olaraq dünyaya gəlmişdir. Onun anası Dona Miquelina xanım tibb bacılıgı oxuya-oxuya, həm də satıcı işləyirdi. Onun atası Juan da Silva Moreyra “Qremiyo” klubunun qarajında gözətçi işləyirdi və həmçinin cavan vaxtlarında yerli “Kruzeyro” komandasında həvəskar olaraq oyunlarda oynamışdı. Ronaldinyonun ilk məşqçisi məhz atası olmuşdur. 1987-ci ildə Ronaldinyo Vila Nova şəhərində Alberto Torres kollecində təhsil almaga başlayır. Ancaq futbol sevgisi onu tək qoymur. Ronaldinyo dostlarının yorğunluqdan oyunu davam etdirə bilmədiyi hallarda belə, öz iti Bombon ilə topu qovalamaga davam edirdi. O, bunu hər yerdə, hətta evdə də edirdi.

7 yaşı olanda Ronaldinyo “Lanjendonk” futbol məktəbinə yazılır. Elə həmin məktəbdə o, mənası “balaca ronaldo” olan “ronaldinyo” ləqəbini qazanır. “Qremiyo” klubunun gənclərdən ibarət yığmasının ən gənc futbolçusu olur.
Ronaldinyonun “Qremiyo” klubundakı kariyerası 1995-ci ildə başlayıb. O, 1995-ci ildə məşqçi Liama Xiqqinsin idarəçiliyi altında “Qauşu” liqasında çıxış etməyə başlayır. 1997ci ildə o, “Qremiyo” klubu ilə özünün ilk professional müqaviləsini bağlayır. Elə həmin il Misirdə keçirilən 17 yaşlılar arası Dünya Çempionatında penaltidən 2 qol vuraraq, Braziliya futbolunun parlayan yeni ulduzu sayılmağa başladı. Həmin turnirdə o, kürəyində “ronaldo” yazısı yazılmış forma ilə çıxış edirdi.
1il sonra o, Libertadores Kubokunda “Qremiyo”-nun əsas heyyətində debüt etdi. 4 il ərzində o, “Qremiyo”-da 35 oyun keçirtdi və 14 qol vurdu.

15 fevral 2001-ci ildə Ronaldinyo PSJ klubuna transfer olundu. 10 apreldə ilk dəfə Parisə gəldi. Onun “PSJ”-də  debüt oyunu “Oser”-lə 1-1 bitən oyun oldu, hansı ki həmin oyunda o, jurnalistlərin diqqətini cəlb eləməyi bacarmışdı. İlk  sezonu  PSJ üçün o qədər də uğurlu olmasa da, ( komanda liqanı 4-cü yerdə tamamladı) Ronaldinyo komandanın ən yaxşı oyunçusu seçildi.

Bundan sonra “Barselona” və “Mançester Yunayted” kimi Avropa futbol nəhəngləri Ronaldinyo ilə maraqlandıqlarını bildirdilər. PSJ-də o 55 oyun keçirtdi və 17 qol vurdu.

İlkin olaraq “Barselona” klubunun prezidenti Joan Laporta David Bekhemi transfer etməyi söz vermişdisə, o “Real Madrid”-ə transfer oldu. Bundan sonra Joan Laporta Ronaldinyonun transferinə diqqəti artırmağa başladı. 19 iyul 2003-cü ildə uzun danışıqlardan sonra Ronaldinyo 32.5 milyon avro qarşılığında “Barselona” klubunun oyunçusu oldu. O, “Milan”-la yoldaşlıq görüşündə bir qol vuraraq debüt etdi. Həmin oyunda komandası 2-0 qalib gəldi. Rəsmi olaraq isə “Barselona”-nın “Atletiko”-nu 1-0 məğlub etdiyi oyunda debütünü reallaşdırdı. Rəsmi oyunlarda ilk qolunu o, “Sevilya” klubunun qapısından keçirdib. Mövsümün axırında o, İspanıiya La Liqasının ən yaxşı əcnəbi oyunçusu seçildi. Elə həmin il o FIFA-nın “İlin futbolçusu” mükafatını qazandı. Ancaq “Qızıl Top” mükafatında o 133 xal toplayaraq Andrey Şevçenko (175 xal) və Dekoya (139) uduzdu və 3-cü yeri tutdu.
2004-2005-ci illər mövsümündə Ronaldinyo İspaniya La Liqasının qalibi oldu, lakin klub 1/8 finalda “Çelsi”-yə uduzdu. Mövsümün sonunda o FifPro nominasiyasında dünyanın ən yaxşı oyunçusu , “Qızıl Top” mükafatı  (225 xal toplayaraq 2-ci yeri tutan Frank Lampraddan 77 xal çox) və ikinci dəfə dalbadal FiFa nominasiyasında  (956 xal toplayaraq 2-ci yeri tutan Frank Lampraddan 650 xal çox) dünyanın ən yaxşı oyunçusu seçildi.
Növbəti mövsüm o tez-tez tənqidlərə məruz qalmağa başladı. Frank Raykard onu mövsümün əvvəlində yaxşı fiziki forma yığa bilmədiyinə görə tənqid edirdi. 2006-cı ilin noyabrında Ronaldinyo “Qızıl Top” mükafatı səsverməsində 4-cü yeri və bir ay sonra dünyanın ən yaxşı oyunçusu səsverməsində 3-cü yeri tutdu.
2007-2008-ci illər mövsümü Ronaldinyo üçün uğursuz başladı. İş o həddə çatdı ki, “Barselona” klubunun azarkeşləri onu fitə basmaga başladılar. Mövsümə normal hazırlşamağa ona zədələr imkan verməmişdi. Bu səbəbdən o, oyunları ötürməyi başlamışdı. Mövsümün ortasında Frank Raykard oyunçunu məşqlərə məsuliyyətsiz yanaşdığına görə komandanın əsas heyyətindən çıxartdı. 19 may Laporta Ronaldinyonun öz oyununu yenidən bərpa etməsi üçün yeni bir kluba transferi ehtiyacı olduğunu bəyan elədi.
Bu hadisədən sonra 15 iyul 2008-ci ildə o, 21 milyon avro qarşılığında “Milan” klubuna transfer olundu. İllik əmək haqqısı isə 6.5 milyon avro təşkil etdi.

17 iyulda hücumcu televiziya vasitəsi ilə canlı yayımlanan imzalama mərasimi ilə “Milan” klubunun rəsmi oyunçusu oldu. Müqavilə 30 iyun 2011-ci ilə kimi idi. Ronaldinyo 10 nömrəli mayka Seedorfa məxsus olduğuna görə 80 nömrəli maykanı götürdü. O, 30 iyun 2008-ci ildə “Milan”-ın “Boloniya”-ya 1-2 uduzduğu oyunda debüt etdi. 28 sentyabrda o, Kakanın ötürməsindən sonra hamını təəccübləndirərək, “İnter”-ə qarşı başla qol vurdu. Həmin oyun “Milan”-ın 1-0 qələbəsi ilə bitdi. 13 aprel 2010-cu ildə Ronaldinyo “Milan”-la müqaviləsini  2014-cü ilə qədər uzatdı.

Növbəti mövsümün hazırlıqları vaxtı Ronaldinyonun “Milan”-dan getməsi haqqında şaiyələr yayılmağa başladı. Həmçinin o, keçən mövsümdəki performansını göstərə bilmədi və yeni gələn məşqçi  Massimiliano Alleqrinin taktikasını bəyənmədiyini dedi. Noyabrda Ronni barlardan birində göründü və bu məşqçinin narazılığına səbəb oldu. Bunun nəticəsində o, Rassionerlərin əsas heyyətindən kənarlaşdırıldı. 8 yanvar 2011-ci ildə Brazilya kanalı “Sport tv”-nin efirində Qalliani Ronaldinyonun  99.9% “Flamenqo”-nun oyunçusu olduğunu qeyd etdi.
10 yanvar 2011-ci ildə Ronaldinyo “Flamenqo” komandasına transfer olundu və bu transferə görə klubun prezidenti Patrisiya Amorin direktorlar şurasına transferin gerçəkləşdirilməsində böyük əzim göstərdiklərinə görə çox sağolunu bildirdi. 4 illik müqavilə imzalandı. Debüt oyunu “Nova İquasi” komandasına qarşı oldu.
4 iyun 2012-ci ildə Ronaldinyo “Atletiko Mineyro” klubu ilə 6 aylıq müqavilə imzaladı. O, öz sevimlisi olan 10 nömrəli forma Qusman Qilerdə olduğuna görə 49 nömrəli formanı götürdü. İlk oyununu “Palmeyras”-a qarşı oynadı. İlk qolunu isə penaltidən “Nautiko Resifi” komandasına vurdu. Ronaldinyo hələ də “Atletiko Mineyro” komandasının oyunçusudu.
 
                                     Braziliya yığması
Ronaldinyo millinin heyyətində çıxışını 17 yaş altılar  yığmasında başlayıb. 1999-cu ildə o Misirdə keçirilən  17 yaşlıların dünya çempionatının qalibi olub.
1999-cu ildə gənclərin dünya çempionatında iştirak edib. 26 iyun 1999-cu ildə o, Braziliyanın əsas heyyətində Latviyaya qarşı debüt edib. Oyun 3-0 hesabı ilə Braziliyanın xeyrinə bitib.
2000-ci ildə Ronaldinyo Braziliyanın gənclər heyyətində Sidney Olimpiadasında çıxış edib. O, braziliyalıların çempionatın qalibi olmağında əvəzsiz rol oynayıb. 7 oyunda 9 qol vurub.
2002-ci ildə o, özünün ilk Dünya Çempionatında iştirak edib. 5 oyunda 2 qol vurub.
2003-cü ildə Ronaldinyo Konfederasiyalar Kubokunda iştirak edib. Braziliya həmin turnirdə qrup mərhələsini adlaya bilməyib. Ronaldinyo 3 oyunda iştirak edib, qol vura bilməyib.
2006-cı ildə o, Dünya Çempionatında iştirak edib.
“Milan” klubuna transferindən sonra Ronaldinyo Braziliya millisində start heyyətdə oynamaq şansını itirdi. Bir neçə vaxt sonra isə millinin heyyətinə çağırılmadı.
6 sentyabr 2010-cu ildə yeni məşqçi Mano Menezes Ronaldinyoya millinin heyyətində şans verəcəyini qeyd elədi.
29 oktyabr 2010-cu ildə  Ronaldinyo bir il yarımdan sonra Braziliya yığmasının Argentina ilə keçirəcəyi yoldaşlıq oyununa çağırıldı.
18 Avqust 2011-ci ildə Mano Menezes Ronaldinyonu Qana ilə oyuna dəvət elədi. Oyun braziliyalıların 1-0 hesablı minimal qələbəsi ilə bitdi.                 
                                             Klub və milli nailiyyətləri
“Qremiyo”

Riu-Qrandi-Du-Sul ştatının çempionu 1999.
Sul-Minas Kubokunun sahibi 1999.
 
PSJ
İntertoto kubokunun qalibi 2001.
 
“Barselona”
İspaniya çempionu (2 dəfə) 2005, 2006
İspaniya Superkuboku (2 dəfə)  2005, 2006
Çempionlar Liqasının qalibi 2006.
 
“Milan”
İtaliya çempionu  2010/11.
İtaliya çempionatının bürünc mükafatçısı (2 dəfə) 2008/09, 2009/10.
 
“Flamenqo”
Quanabara kubokunun qalibi 2011.
Rio kubokunun qalibi 2011.
Rio de Jeneyro ştatının çempionu 2011.
 
 
 
Milli.
U17 dünya çempionu 1997.
Amerika kuboku 1999.
Dünya Çempionu 2002.
Konfederasiya  Kuboku 2005.
Olimpiya oyunlarının bürünc mükafatçısı 2008.
Roki kuboku 2011.
 
                              Şəxsi nailiyyətləri.
Riu Qrandi Du Sulu ştat çempionatının bombardiri 1999 (15 qol).
Konfederasiyalar Kubokunun bombardiri 1999 (6 qol).
Konfederasiyalar Kubokunun ən yaxşı oyunçusu 1999.
Braziliyanın “Gümüş Top” mükafatçısı  2000.
Dünya Çempionatının seçmə 11-liyində yarımmüdafiəçi 2002.
İspaniya çempionatının ən yaxşı əcnəbi oyunçusu 2004.
Trofeya mükafatçısı (İspaniya çempionatında ən yaxşı cənubi amerikalı oyunçusuna verilən mükafat) 2004.
FIFA ilin ən yaxşı oyunçusu 2004, 2005.
World Soccer versiyasında ən yaxşı oyunçu 2004,2005 .
Qızıl Topun qalibi 2005.
UEFA-nın ən yaxşı hücumçusu 2005.
Onze versiyasında dünyanın ən yaxşı oyunçusu 2005.
Ən yaxşı klub oyunçusu UEFA 2005.
FİFpro versiyasında dünyanın ən yaxşı oyunçusu 2005, 2006.
FİFpronun 11-lik siyahısına düşmə 2005, 2006, 2007.
Qızıl buts 2009.
İtaliya çempionatının assistmakeri 2009, 2010 (15 assist).
Rio de Janeyro çempionatının 11-lik siyasına düşmə 2011.
Braziliya millisinin heyyətinə düşmə 2011.

Ramil Qasımov
 
 
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43