Dünyadan

Ronaldodan növbəti rekord

“Real”ın hücumçusu Kristiano Ronaldo növbəti rekorda imza atıb.

İdmanxeber.com-un məlumatına görə, portuqlaiyalı ulduz futbolçu Çempionlar Liqasında üst-üstə dörd mövsüm  10 və daha artıq qol vuran ilk futbolçu olub.

Ronaldo bu uğura “Yuventus”la matçda imza ata bilib. O, penaltidən yararlanmaqla yeni rekord müəyyənləşdirib.

2011/12 mövsümündə 10, 2012/13 mövsümündə 12, 2013/14 mövsümündə isə 17 qol vuran Ronaldo cari mövsümü 10 qolla tamamladı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43