21 İyul 2026
Ölkə futbolu

Rumınların Cəfərov sevgisi bitmir – YENƏ GƏLİRLƏR

“Neftçi”nin və millinin qapıçısı Rza Cəfərov karyerasını ölkəxaricində davam etdirə bilər. Belə ki, “Dinamo” klubu yenidən (Buxarest) qolkiperi gündəminə  alıb.

Rumıniya təmsilçisi hələ mövsümün əvvəlindən Cəfərovu heyətinə qatmaq istəyirdi. Ancaq “Neftçi” rəhbərliyi oyunçunun ayrılmasına izin verməmişdi.

“Dinamo” isə transfedən vaz keçmək niyyətində deyil. Əldə etdiyimiz məlumata görə, qış transfer dönəmində Buxarest klubu “Neftçi”yə yeni təkliflə müraciət edəcək.

Rumınlar futbolçu üçün təzminat da ödəməyə hazırdır. “Dinamo” Rzanı icarəyə götürmək və ya birdəfəlik transfer etmək üçün danışqlara başlayacaq.

Əgər Rumıniya klubuna keçid alınmasa, Cəfərov karyerasını Azərbaycanda başqa bir klubda davam etdirəcək. Futbolçu özü isə ölkəxaricində oynamaq niyyətindədir.

Hazırda “Neftçi”də əsas heyətə düşə bilməyən qapıçının qışda “ağ-qaralar”dan ayrılmaq ehtimalı yüksəkdir.

Həsən Quluzadə / İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43