08 İyul 2026
Dünya futbolu

“Səbail”də oynamış futbolçu ölkəsinə qayıtdı

Ötən mövsüm “Səbail”də oynayan israilli yarımmüdafiəçi Gitay Sofir karyerasını ölkəsində davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu 1-ci liqa təmsilçisi “Hapoel Hadera” ilə 1 illik müqavilə imzalayıb.

Sofir bundan əvvəl İsraildə “Hapoel Akre” və “Zur Şalom” klublarında da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43