“Neftçi” ilə razılaşa bilməyən Sərgən Yalçının Türkiyəyə yollandığını bildirmişdik.
İdmanxeber.az-ın məlumatına görə, mətbuatda gənc mütəxəssisin “ağ-qaralar”la anlaşa bilməməsinin səbəbi kimi onun “Fəbərbağça”dan təklif alması göstərilirdi.
Türkiyəli idman yazarı və şərhçi Ertem Şenər isə bu barədə sosial şəbəkə hesabından paylaşım edib. Şenər Sərgənlə görüşdüyünü və aralarında keçən söhbətdən söz açıb:
“Yalçınla görüşdüm, ona “Fənərbağça”dan təklif alıb-almadığını soruşdum. O isə İstanbul klubundan heç kimin onunla təmasa keçmədiyini və hər hansı bir təklif almadığını bildirdi”.


