24 İyul 2026
İdman

“Sabah” Şimali Makedoniyaya yollandı

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun təsnifat mərhələsinin qrup oyunlarında iştirak üçün Şimali Makedoniyanın paytaxtı Skopyeyə yollanıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda bu gün axşam saatlarında sözügedən şəhərə çatacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrup mərhələsində ilk matçını oktyabrın 2-də Bakı vaxtı saat 19:30-da Niderlandın “Qroningen” klubuna qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43