24 İyul 2026
İdman

“Sabah” Superliqa klubu ilə qarşılaşcaq

İyulun 16-dan 29-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olacaq “Sabah” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək.

İdmanxeber.com-un klubun feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, artıq paytaxt təmsilçisinin iki rəqibi müəyyənləşib.

Topaz Premyer Liqasının debütantı iyulun 18-də Türkiyə birinci liqasında mübarizə aparan “Giresunspor”, iyulun 28-də isə Superliqa təmsilçisi “Alanyaspor”la qarşılaşacaq. Digər iki rəqibin adı hələ dəqiqləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43