“Sabah”ın baş məşqçisi Vasili Berezutski “Neftçi” oyunu sonrası mətbuat konfransını erkən tərk edib.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb rusiyalı mütəxəssisin hakimlərə təpki göstərməsi olub.
O, “Bu gün komandam 11 nəfərə qarşı yox, 14 nəfərə qarşı oynadı. Oyunla bağlı deyəcəklərim bu qədər” – deyə, bildirilib.

