14 İyul 2026
Ölkə futbolu

“Sabah”ın futbolçusu əməliyyat olundu

“Sabah”ın yarımmüdafiəçisi Seymur Məmmədov əməliyyat olunub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxilə keçirib. Əməliyyatın uğurla gerçəkləşdiyi bildirilib.

Qeyd edək ki, 22 yaşlı futbolçu başa çatan mövsümdə “Sabah”da 10 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43