09 İyul 2026
Ölkə futbolu

“Sabah”ın qapıçısı komandadan gedir? – Türkiyədən təklif var 

“Sabah”ın qolkiperi Stas Pokatilov karyerasını başqa ölkədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Qazazıstan mətbuatı yazır ki,  33 yaşlı qolkiper “bayquşlar”la müqavilə müddətini yeniləməyib və xarici klublarla danışıq aparır.

Onunla Türkiyə klublarının maraqlandığı bildirilir. Xəbərdə Pokatilovun da Super Liqada oynamağ müsbət yanaşdığı qeyd edilib.

33 yaşlı qapıçı 2025-ci il yanvarın 21-də “Sabah”a keçib və onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43