08 İyun 2026
Dünya futbolu

“Sabah”ın rəqibində yeni müqavilə

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Levski” 18 yaşlı müdafiəçi Stivn Stoyançovla yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, gənc futbolçunun sözləşməsi daha 3 il qüvvədə olacaq.

Xatırladaq ki, komandalar arasındakı cavab oyunu avqustun 14-də Bakıda keçiriləcək. İlk görüşdə “Levski” öz meydanında 1:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43