24 İyul 2026
Ölkə futbolu

“Sabah”la oyunda geridönüş vacib idi” – “Kəpəz”in futbolçusu

“Sabah”la oyunda geridönüş vacib idi. Bakıya xal üçün getmişdik və buna nail olduq. Qarşıdan “Qəbələ” ilə oyun gəlir. Bu matça da xal üçün çıxacağıq.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Kəpəz”in müdafiəçisi Elçin Əlicanov Misli Premyer Liqasının 8-ci turunda evdə “Qəbələ” ilə keçiriləcək oyun haqda danışıb. O, daha sonra belə davam edib:

“Məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq, xal qazandıq. Haqqımda olan müsbət fikirləri dəyərləndirirəm və gələcəkdə inşallah, daha yaxşı olar. Azarkeşlərimiz məkanın fərqi olmadan yanımıza gəlirlər. Onların daim yanımızda olmasını, kömək etməsini istərdim”. 

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək “Kəpəz” – “Qəbələ” qarşılaşması saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43