Azərbaycan I Liqasının 14-cü turunun mərkəzi görüşündə “Səbail”lə “Şəfa” üz-üzə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, qolsuz bərabərliklə sona çatan matçın son dəqiqələrindən yaşanan epizod müzakirələrə səbəb olub. Belə ki, 90+3-cü dəqiqədə matçın baş hakimi Rəşad Əhmədov “Səbail”in qapısına penalti təyin edib.
Ancaq referi daha sonra yan xətt hakimi ilə məsləhətləşdikdən sonra qərarını ləğv edib.
Qərarın doğru olub-olmamasını bilmək üçün İdmanxeber.az-ın daimi eksperti Deniz Ateş Bitnele müraciət etdik.

