Ölkə futbolu

Sabiq “Qarabağ”lı Azərbaycan klubunda – RƏSMİ

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. 

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Donald Gerye ilə anlaşıb. Haitli müdafiəçi ilə yarım mövsüm+1 illik müqavilə imzalanılıb.

Haiti millisinin kapitanı karyerası ərzində ölkəsinin “Violette”, “Amerika des Kayes”, Polşanın “Visla”(Krakov), “Vieçesta”, Türkiyənin “Alanyaspor”, Kiprin “Apollon” və “Olimpiakos” klublarında da çıxış edib.

Qeyd edək ki, 33 yaşlı futbolçu daha əvvəl ölkəmizdə “Qarabağ” və “Neftçi”nin də formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43