01 İyul 2026
Ölkə futbolu

“Şahdağ Qusar”dan iki transfer

“Şahdağ Qusar” iki yeni oyunçu ilə müqavilə imzalayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Kvaku Adjei və Orxan Fərəcov bundan sonra “Şahdağ Qusar”ın şərəfini qoruyacaqlar. 

23 yaşlı qanalı hücumçu Kvaku Adjei 40, 25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcov isə 77 nömrəli forma ilə çıxış edəcək.

Adjey son olaraq ölkəsində “Legon Sities” klubunda çıxış edib. Fərəcovun son klubu isə “Bakı Sportinq” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43