Birinci divizionda çıxış edən “Şahdağ”da yeni təyinat gerçəkləşib.
İdmanxeber.com-un məlumatına görə, Qusar təmsilçisinin mətbuat katibi postuna Xanbaba Daşdı təyin olunub.
Qeyd edək ki, buna qədər sözügedən vəzifəni Rüstəm Əzimov daşıyırdı. Ancaq Əzimov bir neçə gün öncə klubun vitse-prezidenti vəzifəsinə təyin olunandan sonra bu post boş qalmışdı.

