05 İyun 2026
Dünya futbolu

Salah Səudiyyə Ərəbistanı klublarının hədəfində

“Liverpul”un ulduzu Məhəmməd Salah yenidən Səudiyyə Ərəbistanı klublarının hədəfinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, “Əl-Hilal” və “Əl-Qadisiyə” misirli hücumçunu 2026-cı ilin yayında – müqaviləsinə bir il qalmış transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Salah əvvəllər Yaxın Şərqdən gələn sərfəli təklifləri rədd etmiş və “Liverpul”la sözləşməsini 2027-ci ilə qədər uzatmışdı. O, cari mövsümdə 17 oyunda 5 qol və 3 assistlə çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43