“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
İdmanxeber.az-a verilən məlumata görə, Belçika millisinin sabiq üzvü (U-18) Mamadu Diavarra bir müddətdir klubun düşərgəsindədir. Hələlik sol cinah futbolçusu ilə bağlı qərar verilməyib.
Gənc oyunçu “ağ-qaralar”ın əvəzedici heyəti üçün nəzərdə tutulub.
Son olaraq “Şalke”nin B komandasında çıxış edən Diavarra hazırda azad agentdir.

