24 İyul 2026
Ölkə futbolu

“Şamaxı” portuqaliyalı futbolçunu heyətinə qatdı – RƏSMİ

“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi son olaraq “Porto”nun B komandasında oynayan Rodriqo Fernandeşlə anlaşıb.

25 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Portuqaliyanın aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib.

Rodriqo “Sportinq”in yetirməsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43