19 İyul 2026
Ölkə futbolu

“Şamaxı” – “Sabah” matçına doğru – itkilər var 

Misli Premyer Liqasının XXVI turunda “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda görüşə itkilərlə çıxacaq. Paytaxt klubunun heyətində sarı vərəqə limitini dolduran Amin Seydiyev cəzalıdı. 

Zədəli oyunçulardan Ayaz Quliyevlə Abdulla Xaybulayev görüşü buraxacaq, Kehim Parrislə Namik Abdullayevin isə oynayıb-oynamayacağı bəlli deyil.

“Şamaxı”nın heyətində yalnız Mikels zədəlidi. Fərdi məşqlərini davam etdirən oyunçu “Sabah”a qarşı forma geyinə bilməyəcək.

Qarşılaşma saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43