Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir.
İdmanxeber.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 3 oyundan biri başa çatıb.
“Şamaxı” evdə “Bakı Sportinq”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Ayxan Abbasovun komandası . 1/4 finalda “Qarabağ” – “Karvan-Yevlax” matçının üstün olan tərəfi ilə qarşılaşacaq.
Günün son matçında “Qarabağ” “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Ötən gün “Turan Tovuz” və “Zirə” 1/4 finala adlayıblar.
Günün son matçında “Qarabağ” “Karvan-Yevlax”ı qəbul edəcək.
Azərbaycan kuboku
1/8 final
3 dekabr
14:00. “Şamaxı” – “Bakı Sportinq” – 1:0
Qol: Abdullahi Şuaybu, 69
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Şamaxı şəhər stadionu
14:00. “İmişli” – “Sabah” – 1:2
Qollar: Coy-Lens Mikels, 59 (0:1), İbrahim Əliyev, 89-pen. (1:1), Kahim Parris, 96 (1:2)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Quba OİK stadionu
19:00. “Qarabağ” – “Karvan-Yevlax” 3:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
“Azərsun Arena”

