“İlk növbədə azarkeşlərimizə təşəkkır edirik ki, bizə sona qədər dəstək oldular. Bilirik ki, “Qarabağ” topa daha çox nəzarət edir. Ani diqqətsizlik hesabın açılmasına səbəb oldu”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərov “Qarabağ”a qarşı oyunda alınan məğlubiyyəti şərh edərkən deyib.
Bölgə klubunun çalışdırıcısı daha sonra bunları dedi:
“İlk 20-25 dəqiqə futbolçular mubarizə apardı. Daha sonra yorğunçuluq oldu. Bu oyundakı səhvlərimizi analiz edib novbəti matçlarda daha diqqətli olacağıq”.

