Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına gərə, günün ilk matçında “Səbail” “Kəpəz”i məğlub edib – 4:1. Günün ikinci görüşündə son çempion “Qarabağ” “Şamaxı” ilə qarşılaşıb. Görüş ev sahibi komandanın qələbəsi ilə başa çatıb – 4:0.
Azərbaycan Premyer Liqası
IV tur
27 avqust (şənbə)
18:00. “Səbail” – “Kəpəz” 4:1
Qollar: Əfran İsmayılov, 11 (0:1), Qoba Zabka, 51 (1:1), Franko Mazurek, 55 (2:1), Ağabala Ramazanov, 74 (3:1), 90+4 (4:1)
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
“ASCO Arena”
20:30. “Qarabağ” – “Şamaxı” 4:0
Qol: Ovusu Kvabena, 36, Leandro Andrade, 55, Ramil Şeydayev, 64, 74
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
“Azersun Arena”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: İmanxan Sultani
“Azersun Arena”
Qeyd edək ki, turun ilk 2 oyununda “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edibsə, “Neftçi” “Zirə”yə qalib gəlməyi bacarıb – 2:1. Tura avqustun 28-də keçiriləcək “Qəbələ” – “Sabah” matçı ilə yekun vurulacaq.

