“Səbail” – “Kəpəz” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov və qonaq komandanın futbolçusu Rauf Əliyev arasında münaqişə baş verib.
İdmanxeber.az-ın məlumatına görə, oyunun 69-cu dəqiqəsində isə baş hakim Tural Qurbanov Raufun söyüş söydüyünü bildirərək onu meydandan qovub. Görüşün ardından isə 33 yaşlı futbolçu Mahmud Qurbanova “Söyüş söydüyümü baş hakimə sən demisən” deyərək, onunla dalaşıb.
Qeyd edək ki, oyun “Səbail”in qələbəsi ilə başa çatıb – 4:1.

