Müsahibə Ölkə futbolu

“Şamaxı”ya qarşı heç də yaxşı oyun göstərmədik” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin futbolçusu Yeqor Boqomolskinin idmanxeber.az saytına müsahibəsi

– “Şamaxı” ilə oyunda qələbəyə baxmayaraq sanki “Neftçi” elə də yaxşı oyun sərgiləmədi…

-Doğru deyirsiniz, heç də yaxşı oyun göstərmədik. “Şamaxı” məğlubiyyətə baxmayaraq çox yaxşı oyun sərgilədi. Bilirəm ki, orada daha çox gənc oyunçular çıxış edir. Xoşuma gəldi ki, onlar gözəl oyun sərgiləmək üçün çalışırlar. Qələbə qazanmağımızın səbəbi isə daha təcrübəli olmağımız oldu, sırf buna görə qol vurduq və qalib gəldik. Onlar ilk hissədə çox hücum etmişdilər. Bilirdik ki, ikinci yarı yorulacaqlar. Biz də bu yorğunçuluqdan istifadə etdik. Ancaq yenə də “Şamaxı” komandasına belə gözəl oyun üçün təşəkkür edirəm.

-Mövsümün ilk hissəsində Donyo ilə rəqabətdə uduzurdun. Bu səbəbdən elə də çox oynamadın. İndi də həmin vəziyyət Saldanya ilə yaranıb. Bu haqda nə düşünürsən? Əsas heyətdə çıxış etməyin üçün nə çatışmır?

-Bu adi haldır, rəqabətdir. Hazırda komandada 2 hücumçu var, kim daha yaxşı oyun sərgiləyirsə, o da start heyətində meydana çıxır. Mateus çox gözəl formadadır. Buna görə də məşqlərdə daha yaxşı, həvəslə çalışmalıyam.

-“Neftçi”dəki gələcəyin haqda nə düşünürsən?

-Bilmirəm, vəziyyətə baxacağıq. Müqaviləmin sonuna qədər komanda da qalmağı və mübarizə aparmağı düşünürəm.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43