Dünya futbolu

“Real Madrid” “Barselona” üçün toplandı: “Ədalətə güvənirik”

Ötən gün “Real Madrid” klubu rəhbərliyi növbədənkənar iclas keçirib.

İdmanxeber.az-ın məlumatına görə, toplantında “Barselona”nın hakimlərə rüşvət verdiyi yönündə çıxan iddialar müzakirə edilib. İclasın ardından Madrid klubu rəsmi saytından açıqlama edib:

“Bunlar kifayət qədər ciddi ittihamlardır. İddialar bizi həddindən artıq narahat etsə, qrumların ədalətli davranacaqlarına inanırıq”.

Xatırladaq ki, “Barselona” öncəki illərdə dönəmin Hakimlər Komitəsinin sədr müavini Neqreiraya rüşvət verməsi ilə ittiham olunur. Hazırda İspaniya prokurorluğu məsələni araşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43