Misli Premyer Liqasının XII turunda “Neftçi” doğma meydanda “İmişli”yə məğlub olub. Matçın ardından göndəriləcəyi iddia edilən Samir Abasov bütün günahı futbolçularda görüb.
Cəzalı olduğu üçün mətbuat konfrasına gələ bilməyən mütəxəssis oyundan sonra dərhal paltardəyişmə otağına yollanıb.
İdmanxeber.az-a daxil olan məlumata görə, Abasov nəticəyə görə, futbolçuları günahlandırıb.
O, komandaya “nə demisiniz etmişəm, məşqlərin vaxtlarını belə sizinlə məsləhətləşmişəm. Həmişə sizi qorumuşam. Ona görə belə edirsiniz?” – deyərək, əsəbi şəkildə otaqdan ayrılıb.
Abasovun klubdan ayrıldığı iddia etdilsə də, hələlik rəsmi açıqlama verilməyib.

