06 İyun 2026
Dünya futbolu

Sanenin “Qalatasaray”a transferi tamamlanır

“Qalatasaray” heyətini daha bir ulduz futbolçu ilə gücləndirmək üzrədir.

İdmanxeber.az-ın məlumatına görə, Leroy Sane növbəti mövsümdən İstanbul klubunda çıxış edə bilər. “Sarı-qırmızılar” almaniyalı oyunçuya 3 illik müqavilə və 11 milyon avro maaş təklif edib.

Yarımmüdafiəçinin bu təklifə müsbət yanaşdığı bildirilir. Yaxın günlərdə transferin tamamlanacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43