Kateqoriyasız

“Şaxtyor”un futbolçusu “Səbail”də – Rəsmi

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın “Şaxtyor” (Donetsk) komandasından Maksim Çexi icarəyə götürüb.

23 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək “dənizçilər”in formasını geyinəcək.

Qeyd edək ki, Maksim Çex 2019-cu ildə Ukraynanın U-20 milli komandası ilə dünya çempionatının qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43